...

Azərbaycan MSK-nın sədri: "Ukraynadakı parlament seçkiləri yaxşı səviyyədə keçdi"

Siyasət Materials 1 Oktyabr 2007 11:34 (UTC +04:00)
Azərbaycan MSK-nın sədri: "Ukraynadakı parlament seçkiləri yaxşı səviyyədə keçdi"

Ukrayna, Kiyev / Trend xüsusi müxbir R.Ağayev/ Ukraynadakı parlament seçkiləri növbədənkənar xarakter daşıyırdı, lakin buna baxmayaraq, seçkilər təşkil olundu və kifayət qədər yaxşı səviyyədə keçirildi. Bu barədə eksklüziv olaraq Trend ə Kiyevdə səfərdə olan azərbaycanlı müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, rəhbərlik etdiyi və tərkibinə MSK-nın üç və Respublika Milli Məclisinin dörd təmsilçisinin daxil olduğu nümayəndə heyəti Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin müşayiəti ilə Kiyevin dörd seçki dairəsində olub.

"Açığını desəm, Ukraynadakı mürəkkəb siyasi vəziyyətlə bağlı olaraq biz müəyyən gərginlik gözləyirdik, lakin həqiqətən qarşılıqlı anlaşma və yardım mühitində təşkilati və sakit seçki prosesinin şahidi olduqda şad olduq. Bəli bir neçə qanun pozuntusu oldu, lakin onlar əhəmiyyətsiz xarakter daşıyırdı və Ukrayna MSK-sı tərəfindən operativ olaraq qaydaya salındı" - deyə Pənahov bildirib.

Azərbaycan MSK-nın rəhbəri, həmçinin qeyd edib ki, heç bir asayiş pozuntusu, xaşagəlməz hadisə, o cümlədən ədavətli hal nəinki müxtəlif siyasi partiyaların seçiciləri, həmçinin müxtəlif partiya və blokları təmsil edən müşahidəçilər arasında da baş verməyib.

Pənahov Azərbaycan-Ukrayna möhkəm dostluq münasibətlərini nəzərə alaraq, iki ölkənin Mərkəzi Seçki Komissiyaları arasında mövcud olan münasibətlərin xüsusi xarakterə malik olduğunu qeyd edib. O, Kiyevdə Ukrayna MSK-nın sədri Vladimir Şapovalla görüşdüyünü və qarşılıqlı fəaliyyət və anlaşmaya dair imzalanan memorandum əsasında qarşılıqlı tərəfdaşlığın davam etdirilməsi ilə bağlı razılaşma əldə olunduğunu əlavə edib.

Xəbər lenti

Xəbər lenti