...

MSK sədri: "Azərbaycanda 2008-ci il prezident seçkilərinə ciddi hazırlıq aparılır"

Siyasət Materials 1 Oktyabr 2007 13:03 (UTC +04:00)
MSK sədri: "Azərbaycanda 2008-ci il prezident seçkilərinə ciddi hazırlıq aparılır"

Ukrayna, Kiyev / Trend xüsusi müxbir R.Ağayev/ Azərbaycanda qarşıdan gələn 2008-ci il prezident seçkilərinə ciddi hazırlıq aparılır və bu istiqamətdə müəyyən işlər artıq görülüb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O bildirib ki, prezident İlham Əliyevin fərmanına müvafiq olaraq ölkənin 125 dairəsindən 90-nı üçün ən azı yeddi otaqdan ibarət dairə seçki komissiyasının binası tikilib və ya təmir edilib.

Onun sözlərinə görə, bütün proses Azərbaycan prezidentinin şəxsi nəzarəti altındadır və artıq dairə seçki komissiyasının hazır olan 90 binası son müasir texnika ilə təchiz edilib, iş üçün yüksək səviyyədə rahat şərait yaradılıb. Bununla yanşı, o əlavə edib ki, Mərkəzi Seçki Komissiyası üçün də gözəl memarlıq uslubunda bina tikilir.

Pənahov prezident Əliyevin şəxsi diqqət və qayğısından razı olduğunu, həyata keçirilən işlərlə bağlı müntəzəm olaraq bütün məlumatların ona çatdırıldığını bildirib. O bildirib ki, hazırkı layihə nadir bir layihədir və heç bir dünya ölkəsində analoqu yoxdur.

MSK rəhbəri qeyd edib ki, daha vacib məsələlərdən biri seçki komissiyası üzvlərinin maarifləndirilməsidir. Bu, Azərbaycan prezidenti Əliyev tərəfindən imzalanan və onun daimi diqqət və nəzarəti altında olan milli inkişaf proqramının tərkib hissəsidir. Onun sözlərinə görə, hazırkı proqram çərçivəsində MKS və dairə seçki komissiyaları üzvləri üçün treninqlər oktyabrın 15-dən başlayacaq.

Pənahov, həmçinin MKS-da 4,5 milyondan artıq seçici üçün seçki yerinə qədər ən münasib marşrutun göstərilməsi də daxil olmaqla bütün lazımi məlumatların verilməsi məqsədilə məlumat bazasının yaradıldığını da bildirib.

MKS sədri xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraitin yaradılmasının MKS üçün əsas prioritet vəzifələrdən biri olduğunu əlavə edib.

"Azərbaycan Respublikasının yalnız Rusiya, ABŞ, Avropa, MDB və digər ölkələrdəki səfirlik və konsulluqlarında deyil, həmçinin Azərbaycan vətəndaşlarının yaşadığı iri və nisbətən iri şəhərlərdə də səsvermə üçün lazımi seçki məntəqələri yaradılacaq" - deyə MSK sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti