...

Bakıda GUAM-ın Gənclər Günü keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Ağayeva / "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"a üzv dövlətlərin gənclər təşkilatlarının nümayəndələri gələn həftə Bakıda keçiriləcək GUAM-ın Gənclər Günü çərçivəsində görüşəcəklər. Bu barədə şənbə günü təşkilatın katibliyinin yaydığı məlumatda bildirilir.

Belə bir qərar 2006-cı ilin noyabrında "GUAM ölkələrinin Gənclər Forumu"nun birinci konqresi zamanı qəbul olunub. Tədbirdə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan olan nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Görüşdə GUAM-ın gənclərlə bağlı siyasət idarələrinin müavinlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edəcək.

GUAM ölkələrinin Gənclər Forumunun yaradılması və Gənclər Gününün təşkili təşəbbüsü Azərbaycanın gənclər təşkilatlarına məxsusdur.

Xəbər lenti

Xəbər lenti