...

Azərbaycanda bələdiyyələrin inkişafına dair Dövlət Proqramı hazırlanır

Siyasət Materials 22 Oktyabr 2007 12:54 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrin inkişafına dair Dövlət Proqramı hazırlanır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda bələdiyyələrin inkişafına dair Dövlət Proqramı qəbul ediləcək, bazar ertəsi Trend ə Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, Dövlət Proqramında bələdiyyələrin hazırlıq səviyyəsi, maddi-texniki bazası və kadr potensialından asılı olaraq onlara səlahiyyətlərin verilməsi əksini tapacaq.

Azərbaycanda 2700-dən artıq bələdiyyələr fəaliyyət göstərir. Ölkədə bələdiyyələrin inkişafı üçün parlament tərəfindən bir neçə qanun layihəsi qəbul edilib. Bələdiyyələrin Asossasiyası yaradılıb. Bələdiyyələrin inkişafı üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.

Rəhimzadə hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən ayrılan vəsaitin formaları dəyişdirilməlidir. Bələdiyyərə ayrılan vəsait məvacib və cari xərclər üçün yox yerli problemlərin həlli üçün ayrılmalıdır.

Komissiya sədrinin sözlərinə görə, Mənzil-İstismar Sahəsinin (MİS) səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsi bu günün müzakirə predmeti deyil. Ancaq bələdiyyələrin maddi-texniki bazası gücləndikdən sonra MİS-in səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsi həllini tapacaq. Rəhimzadə hesab edir ki, bələdiyyələrin fəaliyyətində yüksək dinamika hiss olunsa da, bəzi bələdiyyələrin fəaliyyəti zəifdir.

Xəbər lenti

Xəbər lenti