...

Prezident İlham Əliyev Şəhidlər xiyabanında olub

Siyasət Materials 26 Oktyabr 2007 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Bu gün Prezident İlham Əliyev Şəhidlər xiyabanında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub. "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Prezident Sərəncamına müvafiq olaraq, Şəhidlər xiyabanı vahid kompleks kimi tamamilə yenidən qurulur. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə burada aparılan yenidənqurma işlərinin gedişi barədə ətraflı məlumat verib. O bildirib ki, kompleksin yeniləşdirilməsi zamanı dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycançılıq fəlsəfəsi əsas götürülüb, xalqımızın milli-mənəvi dəyərlərinə və milli memarlıq ənənələrimizə xüsusi diqqət yetirilib. Kompleksin girəcəyindəki "Şəhidlər xiyabanı" sözləri qızılla işlənib. Burada Hollandiyadan gətirilən güllər əkilib. . Məzarların yenidən götürülməsində istifadə edilən daşlar Braziliya, Çin və İsveçdən, işıqlandırma sisteminin avadanlığı İtaliyadan gətirilib. Prezident İlham Əliyev müvafiq tövsiyə və tapşırıqlarını verib, , xiyabanın ətrafındakı ərazidə də lazımi yenidənqurma işləri görülməsinin zəruriliyini vurğulayıb. Şəhidlər xiyabanında yenidənqurma işləri bu ilin noyabrında başa çatacaqdır.

Xəbər lenti

Xəbər lenti