...

Naxçıvan tarixçiləri Muxtar Respublikada erməni abidələrinin olması iddiasını əsassız sayırlar

Siyasət Materials 27 Oktyabr 2007 11:26 (UTC +04:00)
Naxçıvan tarixçiləri Muxtar Respublikada erməni abidələrinin olması iddiasını əsassız sayırlar

Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Məmmədov/ Naxçıvanda heç bir erməni abidəsindən söhbət gedə bilməz, şənbə günü Trend in Naxçıvan müxbirinə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru., tarix elmləri doktoru Hacıfəxrəddin Səfərli deyib. Səfərli ermənilərin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan (əvvəlki adı Cuğa) kəndində ermənilərə aid qəbiristanlığın dağıdılmasına dair əsassız iddialarının gülünc olduğunu bildirdi.

"Naxçıvanda bir dənə də olsun erməni abidəsi olmayıb və yoxdur"- Səfərli deyib.

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan YUNESKO-nun Baş Assambleyasının sessiyasındakı çıxışında qurumun missiyasının Naxçıvana gəlməsini və oradakı erməni abidələrinin dağıdılması məsələsinin araşdırılması təklifini verib. Toplantıdan sonra keçirdiyi mətbuat konfransında Oskanyan YUNESKO-nun Baş katibi ilə missiyanın Naxçıvana səfəri ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

Səfərli deyib ki, Ermənistan xarici işlər nazirinin YUNESCO-nun Fransada keçirilən toplantısında beynəlxalq işçi qrupunun Naxçıvana gəlməsi barədə təklifi gülüncdür. "Beynəlxalq təşkilatlar yaxşı bilirlər və qəbul edirlər ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Biz bu prizmadan məsələyə yanaşmalı və ermənilərin təklifinə alternativ olaraq, işçi qrupunun əvvəlcə Dağlıq Qarabağda dağıdılan Azərbaycan abidələrinin taleyi ilə maraqlanmasına çalışmalıyıq"- Səfərli bildirib.

Alim ermənilərin, Naxçıvanda son dövr tikililərinin də erməni abidəsi olmasını iddia etdiyini də diqqətə çatdırıb:"Bu xalq, ümumiyyətlə, azğınlaşıb və nə etdiyini bilmir. İndi də iddia edirlər ki, 1996-cı ilin 29 oktyabrında Naxçıvan şəhərinin mərkəzində açılışı olan "Hüseyn Cavid məqbərəsi" onların abidəsidir. Hətta bir neçə il bundan əvvəl Naxçıan şəhərində salınan Heydər Əliyev adına istirahət parkının giriş qapısının da erməni abidəsi olduğunu açıqlayırlar. Elə bircə bu faktla dünyaya sübut etmək olar ki, ermənilərin bu iddiaları boş və əsassızdır. 1996-cı ildə Naxçıvanda erməni yaşayırdı ki, Hüseyn Cavid məqbərəsi də onların abidəsi olsun? Bax, biz dünyaya bunu çatdırmalıyıq ki, çəkdiyimiz misal kimi, ermənilərin digər iddiaları da uydurmadır"- Səfərli əlavə edib.

Naxçıvan MR Ali Məclis sədrinin 5 dekabr 2005-ci il tarixli "Naxçıvan Muxtar Respublikasındakı abidələrin qeydə alınması və pasportlaşıdırılması haqqında" sərəncamına uyğun olaraq, pasportlaşdırma işləri başa çatıb. Qeydə alınan 1300-dən çox abidədən , ermənilərə yaxından-uzaqdan aidiyyatı olan bir dənə də olsun abidə aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti