...

Varşavada GUAM-Polşa milli koordinatorlarının görüşü keçiriləcək

Siyasət Materials 27 Oktyabr 2007 12:38 (UTC +04:00)
Varşavada GUAM-Polşa milli koordinatorlarının görüşü keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Noyabrın ikinci yarısında Varşavada GUAM-Polşa Milli Koordinatorlar Şurasının birinci görüşü keçiriləcək. Şənbə günü "Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat - GUAM"ın katibliyindən verilən məlumata görə, təşakilatın iştirakçı dövlətlərinrin hər biri, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova, Varşava görüşünədə iştirak etməyə razılıq veriblər.

GUAM-Polşa formatında yüksək səviyyədə birinci görüş 2007-ci ilin sentyabrın 27-də Nyu-Yorkda baş tutub. Görüşdə Azərbaycanın və Polşanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Anna Fotıqa iştirak ediblər.

Milli Koordinatorlar Şurasının qarşıdakı görüşündə bu formatda əməkdaşlıq perspekttvlərinin müəyyənləşdirilməsi və Avropada təşkilat barədə biliklərin artırılması gözlənilir. GUAM-Polşa əməkdaşlığının perspektivləri müzakirə olunan məsələlərə daxildir. Nəqliyyat, energetika və GUAM-ın genişmiqyaslı azad ticarət zonasının yaradılması işində Polşanın köməyi məsələlərinə xüsusi diqqət ayrılacaq.

Xəbər lenti

Xəbər lenti