...

Xarici işlər naziri: "Azərbaycanla Estoniya arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar var

Siyasət Materials 30 Oktyabr 2007 11:50 (UTC +04:00)
Xarici işlər naziri: "Azərbaycanla Estoniya arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar var

Azərbaycan Trend müxbir İ.Əlizadə/ Azərbaycanla Estoniya arasında ikiqat vergidən azad olunmağa dair sazişin imzalanması nəzərdə tutulub, bu sözləri Azərbaycanda səfərdə olan Estoniyanın xarici işlər naziri Urmas Paet çərşənbə axşamı Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşündə deyib.

Estoniya xarici işlər nazirinin Azərbaycana səfəri oktyabrın 29-dan başlayıb və bu gün başa çatacaq.

XİN başçısı qeyd edib ki, Azərbaycanla Estoniya arasında siyasi, iqtisadi, mədəni və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar var.

Azərbaycan parlamentinin sədr müavini Bahar Muradova iki ölkə arasında olan əlaqələrin yaxşı inkişaf etdiyini və bunun genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

"Estoniya Avropa İttifaqının üzü kimi Avropa dəyərlərinin Cənubi Qafqaza, həmçinin Azərbaycana gəlməsində, Azərbaycan isə malik olduğu təbii sərvətlərin dünya bazarlarına çıxarılmasında Estoniyanın köməyindən istifadə edə bilər" Muradova bildirib.

Xəbər lenti

Xəbər lenti