...

Nazir müavini:"Azərbaycan höküməti Türkiyə ilə viza rejimini ləğv etmək məsələsinə baxır"

Siyasət Materials 1 Noyabr 2007 17:39 (UTC +04:00)
Nazir müavini:"Azərbaycan höküməti Türkiyə ilə viza rejimini ləğv etmək məsələsinə baxır"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/Azərbaycan höküməti Türkiyə ilə viza rejimini ləğv etmək məsələsinə baxır və 2007-ci ilin sonuna qədər məsələ ilə bağlı rəsmi qərar qəbul olunacaq. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov məlumat verib.

"Bunun üçün İşçi Qrup yaradılıb və məsələ araşdırılır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Türkiyə ilə viza rejiminin ləğv edilməsi məsələsi müsbət həll olunacaq", -deyə Sadıqov əlavə edib.

Türkiyə 2007-ci ilin avqustun 1-dən Azərbaycanla, həmçinin, digər türk dilli ölkələrlə viza rejimini ləğv edib.

Nazir müavini bildirib ki, Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi məsələsinə Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, "AZAL" Dövlət Konseri və digərləri də müsbət rəy veriməlidir: "Bizə bu sturukturların rəyini öyrənmək həvalə olunub".

Sadıqov bildirib ki, bu addım qarşılıqlı olaraq atılır. Ona görə də bütün türkdilli ölkələrin vətəndaşlarına deyil, yalnız Türkiyə vətəndaşlarına şamil olunacaq.

Xəbər lenti

Xəbər lenti