Azərbaycan, Bakı / Trend / Cari ilin noyabr ayının 19 - dək tam yerləşdirilənə qədər, saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10300917S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Ümum həcmi 2 529 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 180 gün, ödəmə tarixi 29 aprel 2008-ci ildir.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.