...

Daxili işlər naziri: "Azərbaycanda kriminogen durum nəzarət altındadır"

Siyasət Materials 5 Noyabr 2007 17:30 (UTC +04:00)
Daxili işlər naziri: "Azərbaycanda kriminogen durum nəzarət altındadır"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda kriminogen durum nəzarət altındadır və xarici investorların təhlükəsizliyi təmin olunur, bazar ertəsi daxili işlər naziri Ramil Usubov ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavini Daniel Fridlə görüşündə deyib. Nazirin sözlərinə görə, Azərbaycanda aparılan sosial, iqtisadi və hüquqi-demokratik islahatlar çərçivəsində, nazirliyin fəaliyyəti beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilib.

Frid, öz növbəsində, bildirib ki, ABŞ Azərbaycanı azad və güclü dövlət kimi görmək istəyir. Müzakirələr zamanı ölkədə mətbuat azadlığı, jurnalist-polis münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Fridin Azərbaycana səfəri noyabrın 3-də başlayıb və bu gün başa çatacaq.

Xəbər lenti

Xəbər lenti