...

Rəsmi Bakı: "Cənubi Qafqazda istənilən arzuolunmaz proses regionun inkişafına təsir göstərir"

Siyasət Materials 9 Noyabr 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Cənubi Qafqazda istənilən arzuolunmaz proses qonşu ölkələrdə inkişafa və vətəndaşların fəaliyyətinə təsir göstərir. Buna görə də Gürcüstanda dövlət müstəqilliyinin və stabilliyinin qorunması regionun maraqlarına xidmət edir. Bu barədə cümə günü jurnalistlərə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Qeyd etmək lazımdır ki, həm üç Qafqaz ölkəsində, həm də onların ətrafında baş verən istənilən arzuolunmaz proses bütün Cənubi Qafqaza mənfi təsir göstərir, bütün regionun inkişafını dayandırır. Buna görə biz ümid edirik ki, Gürcüstanda vəziyyət normallaşacaq, müşahidə olunan böhran bu ölkə vətəndaşlarının həyat tərzinə mənfi təsir etməyəcək və Gürcüstan xalqı yaranan vəziyyətdən layiqli çıxış yolu tapacaq" - deyə Həsənov bildirib.

Həsənov həmçinin əlavə edib ki, Gürcüstanda bundan sonra baş verəcək proseslər demokratiya və insan haqlarının beynəlxalq prinsipləri çəçivəsində davam edəcək.

Xəbər lenti

Xəbər lenti