...

DAK rəhbərliyindən narazı olanlar fevralda öz qurultaylarını keçirəcəklər

Siyasət Materials 15 Noyabr 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresində (DAK) indiki rəhbərlikdən narazı olan bir qrup şəxs, gələn il fevralın ikinci yarısında Stokholm şəhərində DAK-ın "yeniləşmə qurultayını" keçirməyi planlaşdırır. Bu barədə cümə axşamı DAK-ın ABŞ nümayəndəsi Rəhim Şahbazi məlumat verib.

Şahbazi bu tədbirin keçirilməsini "DAK-ın içərisində yaranan prinsipsizliklərə son qoymaq məqsədilə" izah edib.

DAK-ın sədri Qulamrza Təbrizi isə, bildirib ki, 3-4 nəfərin DAK adından qurultay keçirməsi mümkün deyil və DAK-ın legitim struktu iyulun 7-də keçirilmiş qurultayda artıq formalaşdırılıb və fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti