...

Azərbaycan prezidenti Türkiyəyə gedəcək – Türkiyə səfiri

Siyasət Materials 15 Noyabr 2007 20:00 (UTC +04:00)
Azərbaycan prezidenti Türkiyəyə gedəcək – Türkiyə səfiri

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbacan prezidenti İlham Əliyev noyabrın 18-də Türkiyəyə gedəcək. Bu barədə cümə axşamı Trend ə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycan prezidenti həmin gün Türkiyə ilə Yunanıstan arasında çəkilmiş qaz xəttinin açılışı mərasimində iştirak edəcək. Səfirin sözlərinə görə, Türkiyə tərəfdən baş nazir Rəcəb Tayyıb Ərdoğanın, Yunanıstan prezidentinin də iştirakı gözlənilir. Açılış mərasimi Türkiyə ilə Yunanıstanın sərhəddində olacaq.

Səfir onu da deyib ki, Türkiyə parlamentinin sədri bu ayın sonunda Azərbaycana rəsmi səfərə gələcək.

Xəbər lenti

Xəbər lenti