Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Goranboy rayonunda külli miqdarda partladılmamış silah-sursat tapılıb. Trend in bölgə müxbiri cümə axşamı bildirib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) rayon ərazisindən keçən Goran çayı ərazisində 1500-dən artıq partladılmamış silah-sursat tapıb.
ANAMA Goran çayı ərazisində bir həftədir qazıntı işlər aparır.
Noyabrın 28-də ANAMA aşkarlanan partladılmamış minaları zərərsizləşdirib. Tapılan silah-sursat arasında avtomatlar da olub. Onlar rayonun polis idarəsinə təhvil verilib.
Goranboy paytaxt Bakıdan 320 kilometr qərbdə yerləşir.