...

"Qərb 2008-ci ilədək Iran əleyhinə BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsinin tətbiqinə çalışır"-İranlı politoloq

Siyasət Materials 1 Dekabr 2007 15:03 (UTC +04:00)
"Qərb 2008-ci ilədək Iran əleyhinə BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsinin tətbiqinə çalışır"-İranlı politoloq

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Avropa Şurası Xarici siyasət məsələləri üzrə Baş Komissarı Xavyer Solana İranın Təhlükəsizlik Şurasının sədri ilə müzakirəsini məyusedici hesab etməsi , İran əleyhinə BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsinin tezliklə tətbiq olunacağının göstəricisidir. "Qərb 2008-ci ilədək Iran əleyhinə BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsinin tətbiqinə çalışır"--İranlı politoloq və İran Tədqiqatçılar Assosiasiyasının (Association of İranian researchers) sədri Hüseyn Lacəvərdi (Hosseyn Lajavardi) bildirib.

Noyabrın 30-da İranın Təhlükəsizlik Şurasının sədri və nüvə məsələləri üzrə Qərblə müzakirə heyətinin rəhbəri Səid Cəlili (Saeed Jalili) Solana ilə Londonda görüşüb. 5 saatlıq müzakirədən sonra, Solana İrandan daha sıx əməkdaşlıq gözlədiyini və bu müzakirədən məyus olduğunu bildirib.

Lacəvərdi şənbə günü Parisdən telefonla Trend ə bildirib ki, İran nüvə məsələsində heç bir güzəştə yol verməyib, bundan sonra da verməyəcəkdir. "Bu gün BMT-nin Parisdə rəhbərlər səviyyəsində iclası keçiriləcək və nüvə məsələsinə dair bütün faktlar İranın əleyhinədir" - deyə, İranlı politoloq bildirib.

İranın "Farsnews" Agentliyinin noyabrın 30-da yaydığı məlumata əsasən, ölkənin xarici işlər naziri Mənuçehr Müttəki BMT-nin rəhbərliyinə məktubla müraciət edərək, İranın nüvə məsələsi üzrə qovluğunun BMT-dən MAQATE-yə qaytarılmasını tələb edib.

Lacəvərdi bildirib ki, rəsmi Tehranın gözlədiyinə rəğmən, Qərb sürətlə İran əleyhinə BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsinin tətbiqinə səy göstərir.

Almaniyanın Doyçe-vele Agentliyi noyabrın 30-da bildirib ki, rəsmi Berlin İran əleyhinə sanksiyaların tezliklə gücləndirilməsini tələb edir, İran vətəndaşı olan 100 nəfərin, bu ölkənin Drezden bankındakı hesablarını dondurub.

Lacəvərdi bildirib ki, dünyada İranın nüvə planı əleyhinə koalisiya yaranıb."Təkcə Qərb deyil, İsrail-Fələstin arasında sülhün yaranması təklifi ilə çıxış edən Annapolis konfransında 50 ölkənin, xüsusilə Ərəb Əmirliklərinin nümayəndələrinin iştirakı, İran əleyhinə koaliyasiyanın yaranmasının göstəricisidir. Bundan əlavə, Müttəkinin noyabrın 28-də Buşəhr nüvə stansiyası üçün yanacağın alınması ilə bağlı Rusyaya səfərinin rəsmi Moskva tərəfindən ləğv olunması, Rusiyanın BMT Təhlükəsizlik Şurasının rəsmi Tehranla bağlı qərarını gözləməsinin göstəricisidir"-deyə iranlı politoloq bildirib.

Lacəvərdinin fikrincə, Rusiya və Çin ölkələri, Qərbin İran əleyhinə sanksiyalarını son nəticədə dəstəkləyəcəklər. "BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsində, İranın neft və qaz sənayesinə sanksiya qoyulacağı gözlənilir"- deyə, Lacəvərdi hesab edir.

Xəbər lenti

Xəbər lenti