...

"ABŞ-da iranlılara məxsus şirkətlərin sərmayəsinin müsadirəsi İrana təzyiq vasitəsidir" - iranlı ekspert

Siyasət Materials 21 Dekabr 2007 15:50 (UTC +04:00)
"ABŞ-da iranlılara məxsus  şirkətlərin sərmayəsinin müsadirəsi İrana təzyiq vasitəsidir" - iranlı ekspert

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ ABŞ Konqresinin İranın Amerikadakı sərmayələrinin müsadirə olunması barədə qanun qəbul etməsi İrana qarşı növbəti siyasi təzyiqdir. "ABŞ-da İran şirkətlərinin sərmayələrinin müsadirəsi siyasi mahiyyət daşıyır" - deyə İranın iqtisadi eksperti, "Əllamə Təbatəbai" Universitetinin professoru Cəmşid Pəjuyan (Jamshid Pajuan) bildirib.

ABŞ Konqresi 2008-ci ilin hərbi büdcə layihəsinə ABŞ-da fəaliyyət göstərən İrana məxsus şirkətlərin sərmayələrinin müsadirə olunmasına dair bənd daxil edilib.

1983-cü ildə Amerikanın Livandakı hərbi qərargahında baş vermiş partlayışda 241 ABŞ hərbçisi həlak olmuşdu. Vaşinqtonun Federal məhkəməsi sentyabr ayında İran hakimiyyətinin bu terrorda iştirakda ittiham edib və rəsmi Tehranı 2,5 milyard dollar kompensasiya ödəməsinə dair qərar çıxarmışdı. İran hakimiyyəti isə bu itthamı rədd etmişdi.

Həmin partlayışda xəsarət almış şəxslərin müdafiəçisi Stiv Perls İranın ABŞ-da 4-6 milyard dollar sərmayəsi olduğunu bildirib. Lakin deyib ki, sərmayələrin İran dövləti tərəfindən qoyulmasını sübut etmək mümkün deyil. Buna görə də İran hakimiyyətinə maliyyə faydası olan hər bir iranlının şirkətinin sərmayələrinin müsadirə olunması barədə Konqresə müraciət edib.

Yaxın günlərdə bu layihəninABŞ prezidenti tərəfindən təsdiqlənməsi gözlənilir.

İranlı ekspert Pəjuyan cümə günü Tehrandan telefonla Trend ə açıqlamasında bildirib ki, ABŞ-in iranlıların şirkətlərin maliyyə müsadirəsini düzgün addım hesab etmir. "Hamıya aydındır ki, ABŞ-ın bu addımı İran hakimiyyətinə siyasi təzyiqləri artırmaq məqsədi daşıyır. Amerika bütün gücü ilə İranı dünyadan təcrid etməyə çalışır, bununla rəsmi Tehranın uranı zənginləşdirilməsini dayandırmağa məcbur edir"- deyə Pəjuyan bildirib.

İqtisadçı ekspertin fikrincə, ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri davam edəcəyi təqdirdə, İranın iqtisadiyyatı tamamilə iflic vəziyyətə düşəcək: "Nüvə enerjisinə yiyələnmək rəsmi Tehranın qanuni haqqıdır. Lakin, məncə, İran tezliklə uranın zənginləşdirilməsini dayandırmalıdır. Ölkə xaricində nüvə ilə bağlı ittifaq yaranmalı, yaxud, İran etimad göstərdiyi bir ölkə ilə nüvə yanacağının əldə olunması məqsədilə müqavilə bağlamalıdır"-deyə Pəjuyan bildirib.

O, hesab edir ki, İranın uranın zənginləşdirilməsini davam etdirməsi böyük riskdir. Onun fikrincə, İranın urandan qazanacağı mənfəəti bu risklərə getməyə dəyməz.

Xəbər lenti

Xəbər lenti