...

Azərbaycan gələcəkdə Ukraynanın yeni hökuməti ilə hər iki tərəfə səmərli ola biləcək əməkdaşlığa əmindir – səfir

Siyasət Materials 24 Dekabr 2007 17:01 (UTC +04:00)
Azərbaycan gələcəkdə Ukraynanın yeni hökuməti ilə hər iki tərəfə səmərli ola biləcək əməkdaşlığa əmindir – səfir

Azərbaycan, Bakı / Trend , müxbir S. Ağayeva / Azərbaycan gələcəkdə Ukraynanın yeni hökuməti ilə hər iki tərəfə səmərli ola biləcək əməkdaşlığa əmindir.

"Azərbaycan ilə Ukrayna arasında münasibətlər elə yüksək səviyyədədir ki, Ukrayna hökumətində hansı qüvvənin olmasından asılı olmayaraq, bu münasibətlərə heç nə xələl gətirə bilməz" - deyə bazar ertəsi Kiyevdən telefonla Trend ə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib.

O bildirib ki, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yuşşenko tərəfindən aparılan siyasət buna əminlik yaradıır.

Diplomatın bildirdiyinə görə, Ukraynanın yeni hökuməti artıq işinin başlanğıcında fəaliyyətinin prioritet istiqamətlərindən birinin energetika sahəsi olduğunu bildirib və bu sahədə də Ukrayna Azərbaycanla sıx əməkdaşlıq edir.

"Rusiya artıq yeni ildən Ukraynaya tədarük olunan qazın qiymətini qaldıırmaq niyyətinə dair bəyanat verib. Bu bəyanat ölkədə narahatlığa səbəb olub və yeni hökumət enerji təchizatı ilə bağlı məsələni həll etməlidir. Azərbaycan bu məsələdə Ukraynaya dəstək göstərməyə hazırdır. Hər şey bu məsələnin nə dərəcədə bizim maraqlarımız çərçivəsində olmasıından asılı olacaq" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti