...

Yaxın Şərqdə sülhün olması üçün İsrail "Həmas" ilə diaoloqa getməlidir - ekspert

Siyasət Materials 25 Dekabr 2007 18:36 (UTC +04:00)
Yaxın Şərqdə sülhün  olması üçün  İsrail  "Həmas" ilə  diaoloqa getməlidir - ekspert

Azərbaycan, Bakı / Trend , müxbir R.Hafizoğlu/ Yaxın Şərqdə sülhün olması üçün İsrail "Fəth" ilə yanaşı, "İslami Müqavimət Hərəkatı" olan "Həmas" ilə də dialoqa getməlidir. "Yaxın Şərqdəki böhranın səbəbi Fələstin ərazilərinin işğalıdır.İsrail işğal prosesini dayandırsa və "Həmas" ilə dialoqa getsə, problem öz həllini tapacaq", - deyə "Trendə"Yaxın Şəqr üzrə türkiyəli araşdırmaçı Əhməd Varol bildirib.

"Həmas" təşkilatının mətbuat katibi Əbu Zuhri təşkilatın ABŞ və Avropa ölkələrəi idə dialoqa hazır olduqlarının bildirsə də, bu günə kimi İsrail, ABŞ və Avropa ölkələri "Həmas" ilə heç bir dialoqa qetməyiblər. Həttə beynəlxalq səviyyədə keçirilən Annapolis və Paris toplantısına "Həmas" rəsmi tərəf kimi dəfət olunmamışdı.

Bazar ertəsi Varol İstanbuldan e-mail vasitəsilə,"Hamas"ın bir tərəf kimi tanınmaması Fələstin xalqının seçiminin ayaqlar altına atılmasından başqa bir şey omadığını və İsrailin Fələstin xalqının seçiminə hörmətlə yanaşmasın labüdlüyünü" bildirib. "İsrail tərəfi sülh istəyində səmimidirsə, "Həmas"lə hər hansı bir dialoqa getməsə belə, ən azından, Fələstinə tətbiq etdiyi iqtisadi embarqonu ortadan qaldırmalı və dünya ictimaiyyətinin "Utanc divarı" kimi tanıdığı divarı tez bir zamanda uçurmalıdır, - deyə ekspert hesab edir.

Varolun fikrincə, Mahmud Abbasın Fələstinə beynəlxalq sülhməramlıların yerləşdirilməsi istəyi İsrailə inamsızlığının əksidir. Bu prosesin mümkün olmadığını vurğulayan Varol, prosesin baş tutması üçün, əldə olunan bütün razılıqlara və qətnamələrə məhəl qoymayan İsrailin, 1967-ci idlən bu günədək işğal etdiyi Fələstin ərazilərindən çıxmasının vacibliyini bildirib.

Varol İsrailin "Həmas" ilə dialoqa getməməsini bölgəni yeni böhrana gətirəcəyinı və bu hərəkatla dialoqun vacibliyini bildirib.

Xəbər lenti

Xəbər lenti