...

Ukrayna parlamenti Azərbaycanla parlamentlərarası assambleya yaratmaq niyyətindədir

Siyasət Materials 28 Dekabr 2007 12:46 (UTC +04:00)
Ukrayna parlamenti Azərbaycanla parlamentlərarası assambleya yaratmaq niyyətindədir

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukrayna parlamenti Ali Rada və Azərbaycanın Milli Məclisi arasında Parlamentlərarası Assambleyanın yaradılması təşəbbüsü ilə çıxış edir. "Ali Radanın öncəki tərkibində belə Parlamentlərarası Assambleyanın yaradılması ilə bağlı iş aparılıb, lakin parlamentin buraxılması ilə əlaqədar olaraq iş başa çatdırılmayıb" - deyə Ukrayanın Ali Radasının depututı, Azərbaycanın bu ölkədəki diasporunun nümayəndsi Eduard Zeynalov Trend ə müsahibəsində bildirib. .

Zeynalovun sözlərinə görə, o bu prosesi başlamaq təşəbbüsü ilə çıxış etməyə hazırlaşır. Parlamentlər arasında əməkdaşlıq etmək üçün parlamentlərarası əlaqələr qrupu, eləcə də Parlamentlərarası Assambleya yaradılır. Assambleya qanunvericilik orqanlarının əməkdaşlığının ən yüksək formasıdır. Assambleya öz reqlamentinə malik ola və onun tərkibində xüsusi komitələr yaradıla bilər.

Hazırda Ukraynanın Ali Radasının, Litva Respublikasının Seyminin və Polşa Respublikasınnı senatının Parlamentlərarası Assambleyası yaradılıb. "Parlamentlərəarası Assambleyalar ölkənin parlamentləri, yəni daha sıx əməkdaşlığın strateji tərəfdaşları ilə yaradılır" - deyə Ali Rada Apparatından izah ediblər. "Assambleyanın yaradılması üçün Xarici İşlər Komitəsinin və Ali Radanın sədrinin razılığı tələb olunur".

Zeynalov 5-ci çağırış Ali Radanın tərkibində (2006-2007-ci illər) Ukraynanın Azərbaycan Respublikası ilə parlamentlərarası qrupunun rəhbəri olub, 5-ci çağırış parlament Ukrayna prezidenti tərəfindən buraxılmışdı.

Xəbər lenti

Xəbər lenti