...

Azərbaycanın hakim partiyası prezident seçkiləri ilə ələqadar hazırlıq işlərinə başlayıb

Siyasət Materials 8 Yanvar 2008 12:25 (UTC +04:00)
Azərbaycanın hakim partiyası prezident seçkiləri ilə ələqadar hazırlıq işlərinə başlayıb

Azərbaycan, Bakı / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə ələqədar hazırlıq işlərinə başlayıb. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı çərşənbə axşamı Trend ə bildirib ki, partiya həyata keçirəcəyi seçki konsepsiyasının bütün istiqamətlərini müəyyənləşdirib.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. YAP seçkilərdi indiki prezident, partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bəyan edib. Müxalif Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyalarının tərkibinin dəyişməyəcəyi təqdirdə seçkiləri boykot edəcəyini bəyan edib.

Qurbanlı bildirib ki, hakim partiya indiyə qədər keçirilən seçkilərdə harada nöqsanlara yol verdiyini, malik olduğu resursların hansı səviyyədə olduğunu təhlil edib. Bununla yanaşı, partiyanın yerli strukturlarının seçkilərə hazırlıqla əlaqədar işlər nəzərdən keçirilib. "Seçkilərə qədər YAP müəyyənləşdirilmiş proqrama uyğun olaraq seçki kampaniyasına hazırlığı həyata keçirəcək. Bütün bunlarla yanaşı, 2008-ci ilin seçki kampaniyasının uğurunu təmin edə biləcək əsas faktor partiyanın namizədinin Azərbaycan seçiciləri içərisində hörməti və nüfuzudur" Qurbanlı əlavə edib. Onun sözlərinə görə, bu il partiyanın əsas fəaliyyət istiqamətlərindən biri seçki ərəfəsində qurultayın keçirilməsi olacaq. Qurultayda partiyanın namizədi rəsmi şəkildə təsdiqlənəcək. YAP-ın tərkibinin və rəhbər strukturlarının formalaşdırılması da qurultayda müzakirə olunacaq.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti