...

ABŞ-ın respublikaçı senatoru Azərbaycana gələcək

Siyasət Materials 9 Yanvar 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir K.Ramazanova/ Nüfuzlu respublikaçı senator Riçard Luqar gələn həftə Azərbaycana gələcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyndən məlumat verilib.

Səfərdə məqsəd ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin müzakirəsidir. Senator Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

Bu gün ABŞ-ın konqresmenlərindən ibarət digər nümayəndə heyəti Bakıya səfərə gəlib. Nümayəndə heyətinə Florida ştatından olan konqresmen, Demokratik partiyanın nümayəndəsi Robert Veksler başçılıq edir. O, Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti