...

Azərbaycanda hərbi qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanır

Siyasət Materials 29 Yanvar 2008 13:54 (UTC +04:00)
Azərbaycanda hərbi qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanır

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda hərbi qanunvericiliyə bəzi əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlanaraq yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Onun sözlərinə görə, təkliflər paketində hərbi qulluqçuların əmək pensiyaları haqqında qanuna əlavə və dəyişikliklər də var.

Həzırda Milli Məclisin müvafiq komissiyaları tərəfindən sülhməramlı qoşunlarda xidmət edən Azərbaycan hərbçilərinin statusu və "Hərbi qulluqçuların intizam həbsi haqqında" qanun layihələri müzakirə olunur.

Sabiroğlu deyib ki, "Hərbi qulluqçuların intizam həbsi haqqında" qanun layihəsi qəbul edildikdən sonra hərbi hissələrdə baş verən xırda qanun pozuntuları ilə bağlı qərarları komandirlər yox, məhkəmələr çıxaracaq. Mətbuat xidmətinin rəhbəri bildirib ki, hərbi qanunvericiliyə ediləcək əlavə və dəyişikliklərlə bağlı təkliflər paketi tam hazır olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti