Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 1-də saat 09.45-dən 16.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.45-dən 15.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 2-də saat 04.00-dan 04.25-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.