...

Azərbaycan ekspertləri Almaniyada elmi jurnal təsis ediblər

Siyasət Materials 4 Fevral 2008 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral / Trend , müxbir S.Ağayeva / Almaniyada "Beynəlxalq münasibətlərin Qafqaz təlili" (Caucasian Review of International Affairs - CRIA) elmi jurnalı işiq üzü görüb. Jurnalın baş redaktoru Nzsimi Ağayevin Berlindən elektron poçt ilə Trend ə bazar ertəsi verdiyi məlumata görə, CRIA Qafqaz məsələləri və beynəlxalq münasibətlərlə məşğul olan Azərbaycan ekspertləri tərəfindən təsisi edilib. CRIA mütəmadi olaraq rübdə bir dəfə çıxacaq.

Jurnalın məqsədi Qafqazda və o cümlədən Cənubi Qafqazda siyasi və iqtisadi vəziyyətin peşəkar təhlilini təqdim etməkdir. CRIA ən müxtəlif nəzər nöqtələri təqdim etməklə geniş beynəlxalq münasibət məsələlərinin geniş spektrı üzrə elmi məqalələr nəşr edir.

Ağayev bildirib ki, oxucular artıq onun 2008-ci il buraxılışı ilə http://www.cria-online.org , elektron ünvanından tanış ola bilərlər. Bu buraxılışda əsas diqqət regional təhlükəsizlik məsələlərinə, Ermənistanın Azərbaycana əsassiz iqtisadi və hüquqi iddialarına, Rusiya, Türkiyə və İranın Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik siyasətlərinə, NATO-region münasibətlərinə təsirinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti