...

Daha bir müxalif partiyası seçkidə namizədi ilə iştirak edəcək

Siyasət Materials 19 Fevral 2008 10:20 (UTC +04:00)
Daha bir müxalif partiyası seçkidə  namizədi ilə iştirak edəcək

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir Q.Cəbiyev/ Müxalif Böyük Quruluş Partiyası (BQP) bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak edəcək.

"Biz seçkidə iştirak etmək niyyətindən daşınmamışıq", bunu bazar ertəsi Trend ə müsahibəsində BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu deyib. O bildirib ki, mart ayında partiyanın Ali Məclisinin sessiyası keçiriləcək. Toplantıda partiyanın namizədinin adı açıqlanacaq. "Mən özüm namizədliyimi irəli sürəcəyəm və bu qərarım qətidir. Hələ ki partiyada məndən başqa namizəd olmaq istəyən yoxdur"- deyən millət vəkili əlavə edib ki, BQP-nin seçkidə iştirak qərarı yalnız antidemokratik seçki mühiti yaradılacağı halda dəyişə bilər. O, həmçinin hər hansı başqa müxalifət namizədini dəstəkləməyi nəzərdən keçirmədiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti