...

Azərbaycan prezidenti Budapeştdə Macarıstanın baş naziri ilə görüşüb

Siyasət Materials 19 Fevral 2008 23:51 (UTC +04:00)

Fevralın 19-da Azərbaycan prezidenti Ilham Əliyev Macarıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Ferents Dyurçanla görüşüb.

Görüş zamanı Dyurçan iqtisadi əlaqələrin müxtəlif sahələrinin müəyyənləşdirilməsi və inkişafı baxımından görüşün əhəmiyyətini vurğulayıb. O, Ilham Əliyevlə ötən ay Davosda Dünya Iqtisadi Forumu çərçivəsində görüşünü xatırladıb və deyib ki, ölkəsi energetika, qeyri-neft sektoru və humanitar, yəni elm, təhsil, mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Qeyd edib ki, Macarıstan Azərbaycana regionda etibarlı tərəfdaş kimi baxır.

Görüşdə həm ikitərəfli baxımdan, həm də Avropa strukturları çərçivəsində elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın vacibliyi vurğulanıb və gələcəkdə əlaqələrin daha da genişləndiriləcəyi bildirilib.

Prezident Ilham Əliyev Macarıstanla iqtisadi əlaqələrin yaxşı perspektivləri olduğunu vurğulayıb, Azərbaycan-Macarıstan biznes forumunun əhəmiyyətindən danışıb. Qarşılıqlı investisiya qoyuluşu imkanlarına toxunan dövlət başçısı Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən bəhs edib, ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunu oynadığını, bunun həm də regional baxımdan çox əhəmiyyətli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti