...

Azərbaycan prezidenti ABŞ senatoru Sem Braunbəkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 20 Fevral 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı 19 fevral /müx. Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 20-də Prezident sarayında ABŞ senatoru Sem Braunbəkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. İki ölkə arasında energetika sahəsində 1990-cı illərin ortalarından başlanmış səmərəli əməkdaşlığın hazırda da müvəffəqiyyətlə davam etdirildiyini xatırladan prezident Əliyev bunun ikitərəfli əlaqələrin mühüm elementi olduğunu vurğulayıb.

Ölkəmizdə gedən inkişaf proseslərindən məmnunluqla söhbət açan senator Braunbək Azərbaycanda son illər böyük nailiyyətlər əldə edildiyini bildirib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda münasibətlərin gələcək inkişafı məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti