...

Amerikalılar nasaz cəsus-peykini hədəqədə vurdular

Siyasət Materials 21 Fevral 2008 08:49 (UTC +04:00)
Amerikalılar nasaz cəsus-peykini hədəqədə vurdular

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Leyk Eri" kreyserindən cümə günü səhər saatlarında raket buraxılmışdı və o hədəqədə olan nasaz cəsus-peykini məhv etmişdir. Bu barədə CNN xəbər verir.

Amerikanın müdafiə nazirliyinin nümayəndəsi bildirib ki, peykin müvəffəqiyyətlə vurulması 90% qiymətləndirilirdi. Daha dəqiq məlumat yaxın saatlarda əldə olunacaq, - deyə o bildirdi.

Bir qədər öncə deyilirdi ki, Sakit okeanda havanın vəziyyəti ona imkan verir ki, dəqiq atəş açılsın.

ABŞ müdafiə nazirliyi 14 fevral, martın əvvəllərində yerə düşəcək nasaz peykin vurulması barədə qərar qəbul etmişdir. Hərbiçilər peykin atmosferin yuxarı qatlarına daxil olmazdan əvvəl vuracaqlarını planlaşdırmışdılar. Bununla belə onun hissələri yerə düşəcəyidi.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Djeyms Djefferinin sözlərinə görə, peykde raket yanacağı qalmışdır və o yerə düşdükdə zəhərləyici qaza çevrilə bilərdi.

Bəzi dövlətlər artıq peykin vurulmasıynan bağlı öz ehtirazılarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti