Azərbaycan, Bakı, 21 fevral / " , müxbir K.Ramazanova/ Avropa Şurasının (AŞ) Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosianın missiyası başa çatır. Bu barədə Avropa Şurasının Bakı ofisindən məlumat verilib.
"Bribosianın səlahiyyətləri 2008-ci ilin birinci yarısında başa çatır" - deyə nümayəndəlikdən bildiriblər.
Bribosia Azərbaycana 2006-cı ilin yayında gəlib.
AŞ-nin Azərbaycanda yeni səfiri olacaq namizəd hələ müəyyən olunmayıb.