...

Müxalifət partiyalarının seçkidə iştirakı boykot qərarının effektivliyini aşağı salacaq – "Azadlıq" bloku

Siyasət Materials 26 Fevral 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif "Azadlıq" bloku hesab edir ki, aparıcı müxalifət partiyalarının prezident seçkisində iştirak qərarı blokun boykot qərarının effektivliyini aşağı salacaq. "Demokrat, Müsavat kimi partiyaların seçkidə iştirakı seçkilərin legitimliyini təmin edəcək" çərşənbə axşamı Trend ə "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Azərbaycanda seçkilər oktyabrda keçiriləcək. Əksər müxalifət partiyaları, o cümlədən Müsavat və Demokrat partiyaları seçkilərə öz namizədləri ilə gedəcəklərini açıqlayıblar. Üç müxalifət -Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının birləşdiyi "Azadlıq" bloku seçkini boykot etmək yolu tutub. Qurum seçki komissiyalarının tərkibinin dəyişilməsini istəyir.

Əliyev deyib ki, "Azadlıq" bloku qərarını digər partiyaların hansı addım atmasına uyğun olaraq tənzimləməyəcək. "Boykot qərarının ağır olduğunu başa düşürük. Sadəcə olaraq, çıxılmaz vəziyyətdə olduğumuzdan, belə qərar vermişik. ADP, Müsavat və başqa partiyalar seçkiyə qatılsa belə, öz qərarımızı dəyişməyəcəyik. Boykot qərarımız hansısa divident əldə etmək üçün verilməyib" Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti