...

İran ekspertləri yaxın gələcəkdə qaz OPEK-nin yaradılmasına inanmırlar

Siyasət Materials 3 Mart 2008 11:05 (UTC +04:00)
İran ekspertləri yaxın gələcəkdə qaz OPEK-nin yaradılmasına inanmırlar

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir D.Xatınoğlu/ Tehran Universitetinin professoru, sabiq parlamentin iqtisadiyyat komissiyasının üzvü, ekspert Cəmşid Pəjuan Trend a bildirib ki, aparıcı qaz ixracatçısı olan ölkələrdən ibarət neft OPEK-inə oxşar təşkilatın yaradılması reallığa uyğun deyil.

İranın "Farsnews" Agentliyinin yaydığı məlumata əsasən, ölkənin Rusiyadakı səfiri Qulamrza Ənsari bu həftə bildirib ki, İran, Rusiya, Qətər və Əlcəzair yaxın gələcəkdə qaz OPEK-nin yaradılmasına dair müzakirə aparacaqlar.

Neft OPEK-in Nizamnaməsinə müvafiq olacaq yeni qurumun Nizamnaməsi 2008-ci ilin iyununda Moskvada qaz ixracatçısı ölkələri Forumunun iclasında təqdim ouna bilər.

ABŞ bu cür təşkilatın yaradılmasının əleyhinə çıxış edib. ABŞ hesab edir ki, neft OPEK-in qaz analoqunun yaradılması həm hasilatçı, həm də sifarişçi ölkələrə problemlər yaradacaq. Bu addımın qazın qiymətinin kəskin artmasına gətirib çıxarması təhlükəsi mövcud deyil.

Pəjuanın fikrincə, qaz OPEK-i beynəlxalq təşkilat ola biməz., ən yaxşı halda,lokal bir qurum ola bilər.

Qaz ixrac edən ölkələrin, xüsusilə İran, Rusiya, maneə Qətər və Əlcəzairin müştəriləri fərqlidir və bu ölkələrin qaz ixracında koaliasiyası mümkun deyil. Bu ölkələrin qaz satışı bazarı da çox fərqlidir" - deyə o bildirib.

Tehran Universitetinin professorunun fikrincə, İranın bügünkü siyasi vəziyyətdə bu müzakirələrə qatılması qaz OPEK-nin yaradılmasına böyük olacaq.

"İran əleyhinə BMT Təhlükəsizlik Şurasının Qətnamələri tətbiq olunub və beynəlxalq ictimaiyyət İrana siyasi baxımdan həssaslıqla yanaşır. Qaz ixrac edən ölkələr, xüsusilə, Küveyt, Qətər və bəzi qaz ölkələri ABŞ-ın müttəfiqləridir"-deyə Pəjuan bildirib.

Digər iranlı ekspert Bijəd Bidabad isə,şənbə günü Tehrandan telefonla Trend a bildirib ki, neft ehtiyatları tükənməsi ehtimalı çoxladıqdan sonra, qaz OPEK-nin yaradılmasını gözləmək olar.

Qaz OPEK-nin yaradılıması ideyası ilk dəfə İran tərəfindən səsləndirilib. Qaz ixrac edən ölkələrin Forumu ilk dəfə 2001-ci ildə Tehranda toplanıb. Onun Nizamnaməsi, dəqiq üzvlük sistemi və hansısa ölkədə daimi nümayəndəliyi yoxdur. Burada daim Əlcəzair, Boliviya, Bruney, Venesuela, Misir, İndoneziya, İran, Qətər, Liviya, Malayziya, Nigeriya, BƏƏ, Əmman, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya iştirak edirlər. Nazirlərin bir neçə görüşündə Türkmənistan da iştirak edib. Norveç forumda müşahidəçi qismində çıxış edir.

Xəbər lenti

Xəbər lenti