...

Azərbaycan prezidenti "ABN Amro"nun vitse–prezidenti Mark Holtzmanı qəbul edib

Siyasət Materials 11 Mart 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend / Azərbaycan prezidenti çərşənbə axşamı "ABN Amro"nun vitse-prezidenti Mark Holtzmanı qəbul edib.

Holtzman prezident İlham Əliyevin Davosda keçirilən görüşdə iştirakını məmnuniyyətlə xatırladaraq, orada dövlətimizin başçısının Azərbaycanın iqtisadi imkanları və əldə etdiyi nailiyyətləri barədə çıxışının Forum iştirakçılarında dərin təəssürat yaratdığını və ölkəmizdə gedən inkişaf proseslərinə böyük maraq yaratdığını bildirib.

Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən danışan prezident Əliyev tədbir zamanı aparılan müzakirələrin qarşılıqlı surətdə faydalı olduğunu, əməkdaşlıq üçün geniş imkanlar açdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti