...

"Müsavat" deputat qrupu prezident seçkisi ilə bağlı Fəaliyyət Planı hazırlayır

Siyasət Materials 12 Mart 2008 10:18 (UTC +04:00)
"Müsavat" deputat qrupu prezident seçkisi ilə bağlı Fəaliyyət Planı hazırlayır

Azərbaycan, Bakı, 11 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycan müxalifətçilərinin cəmləşdiyi "Müsavat" deputat qrupu Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı Fəaliyyət Planı hazırlayır. Bu barədə çərşənbə axşamı Trend ə qrupun üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. "Müsavat" deputat qrupuna 5 deputat daxildir.

Millət vəkili deyib ki, "Müsavat" deputat qrupunun 5 üzvündən 4-ü Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası namizədi ilə seçkidə iştirak etsə, təbii ki, "Müsavat" deputat qrupu həmin namizədin seçki kampaniyasında fəal iştirak edəcək.

Hüseyn bildirib ki, Müsavat Partiyası namizədi ilə iştirak etməsə belə, deputat qrupu seçki prosesində fəal olacaq. "İstənilən halda bizim seçki ilə bağlı fəaliyyətimiz olacaq. Bura seçkinin müşahidə olunması, seçki prosesi ilə əlaqədar məsələnin parlamentdə qaldırılması daxil olacaq" Hüseyn əlavə edib.

Xəbər lenti

Xəbər lenti