...

Azərbaycan cəmiyyəti prezident seçkisinin boykot edilməsinə meyl göstərmir - Müsavat başqanı

Siyasət Materials 12 Mart 2008 15:06 (UTC +04:00)
Azərbaycan cəmiyyəti prezident seçkisinin boykot edilməsinə meyl göstərmir - Müsavat başqanı

Azərbaycan, Bakı, 12 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər bəyan edib ki, Azərbaycan cəmiyyəti prezident seçkisinin boykot edilməsinə meyl göstərmir. "Cəmiyyət hakimiyyət dəyişikliyinin seçki vasitəsilə həyata keçirilməsini istəyir" çərşənbə günü Qəmbər jurnalistlərə bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

Üç müxalifət Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarının təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyalarının tərkibi dəyişməyəcəyi, müxalifətə seçki kampaniyasına qədər aksiyalar keçirmək üçün yeni yerlər ayrılmayacağı, həmçinin televiziyalarda müxalifətə efir vaxtı verilməyəcəyi halda seçkini boykot etmək istəyini açıqlayıb.

Qəmbərin sözlərinə görə, boykot vasitəsilə ölkənin demokratikləşməsinə təsir göstərmək olar. Ancaq bu yolla hakimiyyəti dəyişmək mümkün deyil. Hakimiyyət yalnız seçki yolu ilə dəyişilə bilər. Qəmbər onu da bildirib ki, Müsavat Partiyası prezident seçkisinə hazırlıqla bağlı hazırladığı xüsusi proqramın icrasına başlayıb. Partiyanın seçkiyə hazırlığının hiss olunmaması isə obyektiv səbəblərlə bağlıdır. "Hər bir mərhələnin öz işi var. İndiki mərhələdə biz seçki komissiyalarında müşahidəçi kimi və başqa şəkildə seçki prosesində iştirak edəcək funksionerlərimizin siyahılarını dəqiqləşidiririk. Ölkədə seçici siyahıları, onların əhval-ruhiyyəsi ilə bağlı araşdırmalar aparırıq. Ona görə də bizim seçkiyə hazırlığımız hazırkı mərhələdə hiss olunmur.

Qəmbər Müsavatın budəfəki seçkilərdə müxalifətin vahid namizədin müəyyənləşdirilməsindən daha çox narazı elektoratla işləmək taktikasına üstünlük verməsinin düzgün addım olduğunu da bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti