...

Gürcüstan müxalifəti geri çəkilmək niyyətində deyil – Zviad Dzidziquri

Siyasət Materials 13 Mart 2008 12:38 (UTC +04:00)
Gürcüstan müxalifəti geri çəkilmək niyyətində deyil – Zviad Dzidziquri

Gürcüstan, Tbilisi, 12 mart / Trend , müxbir N. Kirtsxalia/ Gürcüstan müxalifəti nəticə əldə olunmayana qədər aclığı dayandırmaq niyyətində deyil. "Hakimiyyət ümid edir ki, biz aclığı dayandıracağıq, lakin bunu etməyə hazırlaşmırıq" - deyə Trend a Birləşmiş Müxalifət Milli Şurasının üzvü, deputat Zviad Dzidziquri bildirib.

Müxalifətçi deputatın sözlərinə görə, bundan əlavə müxalifət öz fəaliyyətini genişləndirmək niyyətindədir. "Aclıq aksiyası artıq Gürcüstanın müxtəlif şəhərlərində, o cümlədən Batumi, Kutaisidə başlayıb və bu cür aksiyalar ölkənin bütün iri şəhərlərində təşkil olunacaq" - deyə Dzidziquri vurğulayıb.

Artıq dörd gündür ki, parlament qarşısında aclıq edən "Demokratik cəbhə" fraksiyası deputatları və onların tərəfdarları Gürcüstan prezidentinin istefasını və ya yanvarın 5-də keçirilən prezident seçkiləri üzrə səslərin yenidən hesablanmasını tələb edirlər. Gürcüstan parlamentinin spikerinin qəbul otağında aclık keçirən müxalifətin digər hissəsi - "Yeni sağçılar" siyasi birliyinin üzvləri isə aksiyanı dayandırmağa hazırdırlar. Onların şərtləri 150 deputatın olduğu parlamentdə majaritarlar üçün 75 yer nəzərdə tututan normaya dair Gürcüstan parlamenti qərarının ləğv olunmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti