...

İran İraqı bombalamaqla dünyaya gücünü nümayiş etdirir - ekspertlər

Siyasət Materials 14 Mart 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı,14 mart / Trend , müxbir D.Xatınoğlu, R.Hafizoğlu / İran hərbi quvvələrinin İraqın şimalındakı Qəndil dağında PKK terrorçularının mövqelərini atəşə tutması dünyaya gücünü nümayiş etdirmək məqsədi daşıyır. "İran Qəndili artilleriya atəşinə tutmaqla region ölkələrinə öz hərbi gücünü və hərbi əməliyyatlar keçirməyə cəsarətli olduğunu göstərmək isəyir" - deyə iranlı politoloq Hüseyn Lacəvərdi Trend a bildirib.

KİV-in verdiyi məlumata əsasən, martın 13-də İran artilleriyası İraqın şimalındakı Qəndil dağında yerləşən PKK terror təşkilatının mövqelərini atəşə tutub. Xəbəri Kürdüstan Yurdsevərlər Partiyasının internet saytı də təsdiqləyib.

Lacəvərdi bildirib ki, İrana qarşı yeni müharibənin başlanması barədə şayiələr mediada tez-tez hallanır. "Keçən həftə ABŞ-ın Yaxın Şərqdəki qoşunlarının komandanı Uilyam Fallon İran istiqamətində hərbi əməliyyatlara qarşı çıxış edərək istefaya qedib. İran reqionda öz qücünü və sərhəddən xaric əməliyyata qadir olduğunu qöstərmək üçün əməliyyat keçirib, lakin bu əməliyyatlar davamlı olmayacaq" - deyə

İran Tədqiqatçılar Assosiasiyasının sədri Lacəvərdi cümə günü Parisdən telefonla bildirib.

İraqlı politoloq Əhməd Təqiy də hesab edir ki, İran Bağdada güc nümayiş etdirməklə, Türkiyədə öz mövqeyini gücləndirmək istəyir. "İranın seçkiqabağı PKK mövqelərini bombalaması təsadüfi deyil" -deyə Kərkük Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Təqiy cümə günü Kərkükdən telefonla Trend a bildirirb.

"İranın seçkiqabağa belə bir addım atması İran hökumətinin əhalisinə ordunun nəyə qadir olduğunu göstərmək məqsədindən irəli gəlir" - deyə politoloq qeyd edib.

Türkiyənin "Radikal" qəzetinin eksperti Fehim Taştekin də hesab edir ki, İran İraqın şimalındakı PKK terrorçularının mövqeylərini atəşə tutmaqla Bağdada və dünyaya gücünü nümayiş etdirir. "İranın Qəndili bobalamaqla PKK məsələsində mövqeyinin Türkiyənin mövqeyi ilə üst-üstə düşdüyünü göstərmək istəyir" - deyə Taştekin cümə günü İstanbuldan elektron poçtla Trend a bildirib. O hesab edir ki, PKK-nın mövqelərinin bombalanması simvolik xarakter daşıyır.

İran ordusu 2007-ci ildə də İraqın şimalındakı PKK terrorçularının mövqeylərini atəşə tutmuşdu. PKK terrorçuları 1984-cü ildən etibarən Türkiyənin cənub-qərbində müstəqil kürd dövlətinin qurulması üçün silahlı mübarizə aparırlar. KİV-in verdiyi məlumata görə, toqquşmalar nəticəsində bu günədək ölənlərin sayı 37 min nəfərdən artıqdır.

Xəbər lenti

Xəbər lenti