...

Azərbaycan Hindistana etirazını bildirib – səfir

Siyasət Materials 4 Aprel 2008 14:52 (UTC +04:00)
Azərbaycan Hindistana etirazını bildirib – səfir

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.Ağayeva / Azərbaycan BMT Baş Assambleyasına təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə əleyhinə səs verən Hindistana qəti etirazını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi öz notasında Hindistana bu məsələ ilə bağlı mövqeyinə qarşı narazılığını ifadə edir, cümə günü Dehlidən Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev telefonla məlumat verib.

Qətnamədə ciddi narahatlıq ifadə olunaraq bildirilir ki, "Dağlıq Qarabağ bölgəsindəki silahlı münaqişə Azərbaycan Respublikası və regionun beynəlxalq sülh və təhlükəsizliyinə təhdid yaratmaqda davam edir və Cənubi Qafqaz ölkələrindəki humanitar vəziyyətə mənfi təsir edir".

Qətnamədə, eləcə də "Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, bütünlüklə və qeyd-şərtsiz çıxarılması" tələb olunur. Qətnamənin qəbulu üçün 39 ölkə "lehinə", yeddi ölkə - Anqola, Ermənistan, Fransa, Rusiya, ABŞ, Hindistan və Banuatu "əleyhinə" səs veriblər, BMT üzv ölkələri, o cümlədən Avropa İttifaqı ölkələri səsvermədə bitərəf qalıb.

"Etiraz notası artıq Hindistanın Xarici İşlər Nazirliyinə təqdim olunub və hazırda biz cavab gözləyirik" - səfir bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Rəsmi Bakı ATƏT-in Minsk qrupundakı həmsədr ölkələrin, yaxud həmsədr şəxslərin özlərinin dəyişdirilməsi prosedurları haqqında informasiya əldə etmək üçün ATƏT-ə sorğu göndərib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti