...

Müxalifət sədrləri siyasətdən getməyə hazır olmalıdırlar - Azərbaycanın müxalifət lideri

Siyasət Materials 23 Aprel 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın sağyönümlü müxalif Demokrat Partiyası (ADP) bəyan edib ki, Azərbaycanın indiki müxalifət liderlərinin siyasi səhnədən getməsi acı nəticələr verə bilər. "Biz o vaxt siyasətdən gedə bilərik ki, arxamızda yeni siyasi liderlərin nəfəsini hiss edək" çərşənbə günü Trend -a ADP-nin sədri və prezidentliyə namizədi Sərdar Cəlaloğlu deyib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Ekspertlər hesab edirlər ki, ənənəvi müxalifət bu seçkidə məğlub olsa, siyasi səhnəni tərk etməlidir.

Cəlaloğlu vurğulayıb ki, hazırda müxalifət liderlərini əvəzləyə biləcək yeni nəsil yoxdur. "Belə bir şəraitdə siyasi səhəni tərk etmək boşluq yarada bilər. İndiki müxalifətin yerinə daha radikal, dövlətin maraqlarını düşünməyən, hansısa xarici qüvvələrdən asılı şəxslər gələ bilər. Ona görə də indiki müxalifətin siyasi səhnəni tərk etməli olduğu barədə fikirlər düzgün deyil" - deyən ADP sədri əlavə edib ki, ən böyük bədbəxtçilik indiki gəncliyin siyasətə meylinin az olmasıdır. Onun sözlərinə görə, yeni siyasi nəsil dəyişsə, müxalifət liderləri siyasətdən getməyə hazır olmalıdır. Cəlaloğlunun fikrincə, hakimiyyət indiki müxalifətin siyasi səhnədən getməsinə yox, güclənməsinə imkan yaratmalıdır. Çünki müxalifəti güclü olan ölkə hər baxımdan inkişaf etmiş olur.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti