...

Azərbaycanda İsveçrənin səfirliyi açılıb

Siyasət Materials 12 May 2008 19:52 (UTC +04:00)
Azərbaycanda İsveçrənin səfirliyi açılıb

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir M.Əliyev/ Bu gün İsveçrənin Azərbaycandakı səfirliyinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə İsveçrə prezidenti Paskal Kuşpen, Azərbaycan tərəfdən isə parlamentin spikeri Oqtay Əsədov iştirak ediblər.

Kuşpen qeyd edib ki, bu gün, Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə, ölkə parlamentində və Azərbaycanın digər yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib. "Ümid edirik ki, bu görüşlər iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcək", - o bildirib.

Kuşpenin Azərbaycana səfəri Azərbaycan prezidentinin dəvəti ilə keçir. Azərbaycan prezidenti, yanvarda Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində, öz həmkarını ölkəmizə dəvət edib.

İsveçrə Konfederasiyası rəhbərinin Azərbaycana birinci səfəri zaman müxtəlif sahələrdə ı qarşılıqlı maraq kəsb edən Azərbaycan-İsveçrə əməkdaşlığının hazırki vəziyyəti və inkişaf perspektivlərinin geniş müzakirəsi nəzərdə tutulur.

Paskal Kuşpenin Azərbaycana səfəri mayın 13-də başa çatacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti