...

Azərbaycandakı həqiqətlər dünyaya çatdırılacaq - Diplomatik Akademiyanın Tədqiqat Mərkəzinin rəhbəri

Siyasət Materials 15 May 2008 13:24 (UTC +04:00)
Azərbaycandakı həqiqətlər dünyaya çatdırılacaq - Diplomatik Akademiyanın Tədqiqat Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Diplomatik Akademiyası Azərbaycandakı həqiqətləri dünyaya çatdırmaq üçün fəaliyyətini gücləndirəcək. "Azərbaycanın indiyə qədər dünyaya çatdırılan hekayətindən yaxşı hekayəti var. Mən bu həqiqətlərin dünyaya çatdırılmasına çalışacam" cümə axşamı keçirilən mətbuat konfransında Azərbaycanın Diplomatik Akademiyasının Tədqiqat Mərkəzinin rəhbəri amerikalı diplomat Pol Qobl bildirib.

Qobl aprelin əvvəlində Diplomatik Akademiyanın nəzdində yaradılan Tədqiqat Mərkəzinin rəhbəri təyin olunub. Tədqiqat Mərkəzinin məqsədi Azərbaycanın dövlət siyasətinin formalaşmasına yardım etməkdir. Həmçinin mərkəz dövləti yüksək səviyyəli tədqiqat materialları ilə təmin etmək üçün iş aparacaq.

Qobl deyib ki, mərkəz Azərbaycanın daxili siyasəti ilə məşğul olmayacaq. "Mən özüm də Azərbaycanın daxili siyasəti ilə bağlı bəyanatlar verməyəcəyəm" - deyən Qobl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da hər hansı yeni təkliflə çıxış etmək niyyətində olmadığını deyib. "Ancaq mən bu münaqişə ilə bağlı çox düşünürəm. Mən 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif vermişdim. Ancaq indi vəziyyət çox dəyişib" - deyə o əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Onun sözlərinə görə, hazırda mərkəzdə Azərbaycan və regiona aid məqalələrdən ibarət olan "Azərbaycan dünyada" adlı elektron jurnal hazırlanır. Ayda iki dəfə çıxan jurnal regiona marağı olan 5 mindən çox beynəlxalq tədqiqat inistutlarına və alimlərə göndəriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti