...

Azərbaycan Diplomatik Akademiyasının binasının inşası üçün ərazi ayrılıb

Siyasət Materials 15 May 2008 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ Azərbaycan Diplomatik Akademiyasının binasının inşası üçün ərazi ayrılıb. "Akademiya Bakının "Dədə Qorqud" parkı ərazisində inşa olunacaq", cümə axşamı Akademiyanın rektoru Hafiz Paşayev bildirib.

Akademiya 2006-cı ilin 6 mart tarixində prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Paşayev deyib ki, hazırda Akademiya şəhərciyinin arxitektura işləri aparılır. Yaxın aylarda bu iş başa çatacaq. "Akademiyanın inşası ilə yanaşı, "Dədə Qorqud" parkının yenidən qurulması işləri də həyata keçiriləcək" - deyə o bildirib.

Paşayev Akademiyaya rektor təyin olunana qədər Azərbaycanın ABŞ-da səfiri vəzifəsində çalışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti