Azərbaycan, Bakı, 16 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin deputatı həmkarlarını orduya maddi yardım göstərməyə çağırıb: "İyunda Azərbaycan Ordusunun yaranmasının 90 ili tamam olur və yubileylə əlaqədar olaraq, Parlamentin deputatlarını Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən miqdarda pul köçürməyə çağırıram", - deyə Parlamentin cümə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Məlahət Həsənova bildirib.
2002-ci ildə Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb.
Həsənova qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən Silahlı Qüvvələrə kifayət qədər pul ayrılıb. "Yardım Fondunun yaradılması Azərbaycan Ordusunun kənardan maliyyə yardımına ehtiyac olduğunu göstərmir. Hər bir vətəndaş Yardım Fonduna müəyyən miqdarda vəsait köçürməklə, vətəndaşlıq borcunu yerinə yetirmiş olar".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]