Azərbaycan, Bakı, 16 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Norveçin kralı VHaralda və krallığın Baş naziri Yens Stoltenberqə bu ölkənin Milli bayramı -Konstitusiya günü münasibətilə təbrik məktubu göndərib. Azərbaycan ilə Norveç arasındakı dostluğun və əməkdaşlığın inkişafında qarşılıqlı səylərin ardıcıl şəkildə davam etdiriləcəyinə inandığını bildirən prezident Əliyev dost Norveç xalqına sülh və tərəqqi arzularını da ifadə edib.
.