...

Bakıda Azərbaycan və Türkmənistan arasında yeddi sənəd imzalanıb

Siyasət Materials 19 May 2008 16:25 (UTC +04:00)
Bakıda Azərbaycan və Türkmənistan arasında yeddi sənəd imzalanıb

Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir Y.Əliyev/ Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri çərçivəsində, bazar ertəsi Bakıda yeddi ikitərəfli sənəd imzalanıb.

Ticarət-Sənaye Palataları arasında əməkdaşlıq haqqında, maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər, iki ölkə XİN arasında əməkdaşlıq haqqında protokol imzalanıb. İmzalanan sənədlər arasında beynəlxalq kombinasiya edilmiş yük daşınmaları haqqında; beynəlxalq avtomobil daşınmaları haqqında; standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində; gənclər və idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər var.

Sənədlər Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların yekunları üzrə imzalanıb.

Xəbər lenti

Xəbər lenti