Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir M.Əliyev/ Siyasi məhkumlar haqqında yekun qərar iyunda keçiriləcək. Bu barədə bazar ertəsi, Avropa Şurasının Azərbaycandakı ofisində keçirilən mətbuat konfransında həmməruzəçi Andres Herkel məlumat verib.
Azərbaycan prezidenti ilə görüşünü şərh edən Herkel bildirib ki, Ermənistanda seçkidən sonrakı vəziyyətdən sonra Azərbaycanda Avropa Şurasına inam azalıb. Jurnalistlərin siyasi məhbuslarla bağlı suallarına cavab verən Herkel, iyunun sonuncu həftəsində siyasi məhbuslar məsələsi üzrə iclasın baş tutacağını qeyd edib. Həmin həftənin cümə günü isə, bu məsələyə dair qərar qəbul ediləcək.
"Seçkiqabağı vəziyyət üç jurnalistin və siyasi məhbusların azad edilməsi, həmçinin, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyətin yaxşılaşması ilə müşahidə olunmalıdır", - Herkel bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]