Azərbaycan, Bakı, 27 may / Trend / Azərbaycan prezidenti çərşənbə axşamı Gürcüstan parlamentinə seçkilərdə qələbə qazanması münasibətilə prezident Mixail Saakaşvili və "Vahid Milli Hərəkat" Partiyasının bütün üzvlərini təbrik edib.
Təbrik məktubunda prezident "Vahid Milli Hərəkat" Partiyasının qələbəsinin, Saakaşvilinin Gürcüstanda dövlətçiliyin və suverenliyin möhkəmlənməsinə, siyasi sabitliyin və hüquq qaydasının təmin olunmasına, demokratik dəyişikliklərin həyata keçirilməsinə, beynəlxalq aləmdə ölkənin mövqeyinin möhkəmlənməsinə yönəlmiş xəttini dəstəkləməsini bir daha nümayiş etdirdiyini bildirib.
Prezident, həmçinin, Yeni Azərbaycan Partiyası ilə "Vahid Milli Hərəkat" Partiyası arasında hərtərəfli əlaqələrin inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.