...

Azərbaycan Respublikasının Prezidenti ABŞ Dövlət Departamentinin nümayəndələrini qəbul edib

Siyasət Materials 30 May 2008 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30may/ Trend , / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə günü ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə müavini Riçard Bauçeri və Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkeli qəbul edib. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Tərəflər əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıb və ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildiriblər.

Xəbər lenti

Xəbər lenti