...

Bakının mərkəzində güclü yanğın baş verib, ölənlər var (fotosessiya)

Siyasət Materials 31 May 2008 20:48 (UTC +04:00)
Bakının mərkəzində güclü yanğın baş verib, ölənlər var (fotosessiya)

Azərbaycan, Bakı, 31 may/ Trend müxbir E.Məmmədov/ Bu gün axşam saatlarında Bakının mərkəzində (Yasamal rayonu) Akademik Qurbanov 92 küçəsində (keçmiş Sovetski küçəsi) yaşayış evi yanıb. Hadisə yerində işləyən Dövlət yanğından nəzarət xidmətinin Fövqaladə hallar nazirliyinin əməkdaşlarının sözlərinə görə, ikimərtəbəli şəxsi ev naməlum kişi tərəfindən yandırılıb və hadisə yerindən qaçdığı zaman polis tərəfindən yaxalanıb. Yandıran şəxs alkoqollu içkinin təsiri altındadır və hal hazırda müstəntiqlər tərəfindən dindirilir.

Hadisə yerindən xəbər verən Trend -in xüsusi müxbiri bildirir ki, burada işləyən FHN Mülki müdafiənin əskəri yanğın yerində tüstünü udarkən huşunu itirib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti normaldır.

Hal hazırda yanğın söndürülüb.

Hadisə yerində FHN, DİN və MTN-nin mütəxəsisləri işləyir.

Bizə məlum oldu ki, artıq bir neçə ildir ki, qonşular arasındı komunal məsələlərə görə mübarizə gedir. Bu gün isə dava sərt xasiyyət aldı. Davaya ailə başçıları qatıldı. Nəticədə bir qonşu obirsini bıçaqladı.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti