...

Azərbaycanda prezidentliyə namizədlər üçün tələb olunan seçici imzalarının sayı azaldılıb

Siyasət Materials 2 İyun 2008 12:40 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlər üçün tələb olunan seçici imzalarının sayı azaldılıb

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezidentliyə namizədlərin qeydə alınması üçün tələb olunan seçici imzalarının sayı 5 min imza azaldılıb. "Prezidentliyə namizədlərin qeydə alınması üçün namizədin Mərkəzi Seçki Komissiyasına təqdim etməli olduğu seçici imzalarının sayı 45 mindən 40 minə endirilib", - deyə parlamentin bazar ertəsi keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri üzrə daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Azərbaycan parlamenti cümə günü Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə müzakirələrə başlayıb. Müzakirələr bazar ertəsi davam etdirilib.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

Komissiya sədri qeyd edib ki, cümə günü deputatlara təqdim olunan Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində yenidən dəyişiklik edilib.

"Deputatların verdiyi təkliflər əsasında seçki kampaniyasının müddəti 120 gündən 75 günə qədər endirilib. Həmin müddətin 28 günü namizədlərin təbliğatına sərf olunacaq",- deyə Hüseynov əlavə edib. Onun sözlərinə görə, başqa bir dəyişikliyə əsasən, prezidentliyə namizədlərin pul depoziti hesabına qeydə alınması qaydası ləğv olunub.

Prezidentliyə namizədlər tələb olunan imzanı toplaya bilmədikləri halda, seçki fonduna toplanan pulun 3%-ni (333 min manat) depozit qoymaqla qeydə alına bilərdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti